Kral Artur

Arturun Doqquz Dəyərlidən(en) biri kimi təsvir dildiyi qobelen. Paltarındakı və sancağındakı göy zəmində üç tac çox vaxt onun gerbi hesab edilir.[1] Təqribən 1385-ci il

Kral Artur — orta əsr tarixşünaslığına və romanslarına görə V əsrin sonu — VI əsrin əvvəllərində sakson işğalçılarına qarşı Britaniyanın müdafiəsini təşkil etmiş əfsanəvi britaniyalı lider. Arturun hekayəsinin çox hissəsi "folklor və ədəbiyyat ixtirasından" ibarətdir, Arturun tarixən mövcud olub-olmaması şübhəli məsələdir və müasir dövr tarixçiləri üçün müzakirə mənbəyidir[2]. Artur hekayəsi müxtəlif mənbələrdən — "Annales Cambriae"(en), "Historia Brittonum"(en) və britaniyalı keşiş Qildanın(en) yazılarından toplanmışdır. Arturun adı həmçinin "Y Gododdin"(en) kimi erkən dövr bədii mənbələrdə çəkilir[3], [4].

  1. Neubecker 1998–2002
  2. Higham 2002, pp. 11–37
  3. Charles-Edwards 1991, p. 15
  4. Sims-Williams 1991

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search